Yeniyetmə zəka sahibləri açıq birincilik yarışlarında

Yeniyetmə zəka sahibləri açıq birincilik yarışlarında



2 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında açıq birincilik start götürüb. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda 100-dən çox zəka sahibi mübarizə aparır. IV, III, II və I dərəcəli şahmatçılar arasında keçirilən təsnifat turnirində 2 saylı UGŞİM, 1 saylı OEUGŞİDM, "Neftçi” İSM, "Təhsil” RİM Respublika Şahmat Məktəbi, "Sərhədçi” İdman Kompleksi və Tofiq İsmayılov adına yaradıcılıq məktəbinin şahmatçıları mübarizə aparırlar. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə şahmatçıların peşəkarlıq səviyyəsini artırmaq, dərəcə normalarının yerinə yetirməsini təmin etmək və məktəbli şahmatçıların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunmasından ibarətdir. Qaliblər diplom, medal, kubok və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Turnirə dekabrın 27-də başa çatacaq.