Cüdoçularımız bu gün Avropa kata turnirində iştirak edəcəklər

Cüdoçularımız bu gün Avropa kata turnirində iştirak edəcəklər

Mayın 11-də Polşanın Radom şəhərində cüdo üzrə Avropa kata turniri keçiriləcək. 

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 10 ölkədən 104 idmançının iştirak edəcəyi yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparacaq.

Komandamız turnirdə 6 idmançı ilə təmsil olunacaq. Millimizin heyətində Malik Alahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov və Əmrah Əhmədov yer alıb. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.