Bu gün daha 4 cüdoçumuz "Böyük dəbilqə" turnirində mübarizə aparacaq

Bu gün daha 4 cüdoçumuz "Böyük dəbilqə" turnirində mübarizə aparacaq

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. 

Yarışın ikinci günündə 2 çəki dərəcəsində daha 4 cüdoçumuz qüvvəsini sınayacaq. Təmsilçilərimizdən Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi -73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi -81 kq) tatami üzərinə çıxacaq.  

Xatırladaq ki, yarışın ilk günündə komandamızın üzvü Kamran Süleymanov -66 kq çəki dərəcəsində bürünc medal qazanıb. 

84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun mübarizə apardığı yarışa mayın 12-də yekun vurulacaq.