Cüdoçularımız Avropa kata turnirində bürünc medal qazanıblar 

Cüdoçularımız Avropa kata turnirində bürünc medal qazanıblar 

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən Avropa Kata turnirində fəxri kürsüyə qalxıblar.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmanın heyətində İsmayıl Rzayev (tori / hücum edən idmançı) və İbrahim Aslanov (uke / hücum edilən idmançı) bürünc medal qazanıblar.

Onlar böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq buna nail olublar.

Qeyd edək ki, bu, Azərbaycan cüdo tarixində katada əldə edilən ilk medaldır.