Şəkidə ən güclü şahmatçılar müəyyənləşdi

Şəkidə ən güclü şahmatçılar müəyyənləşdi

Şəki Şahmat Məktəbində qızlardan və oğlanlardan ibarət komandalar arasında şahmat üzrə şəhər birinciliyi keçirilib.
Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş yarışda qızlar arasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının komandası birinci olub.
Oğlanların mübarizəsində isə Pedaqoji Kollecin kollektivi qalib adını qazanıb.
Qalib komandalar idarənin diplomları ilə təltif olunublar.