Şahmatçı xanımlarımız dünya çempionatına liderlik edirlər

Şahmatçı xanımlarımız dünya çempionatına liderlik edirlər


BƏƏ-nin Əl-Ayn şəhərində gənclər arasında şahmat üzrə Dünya Çempionatı davam edir. Çempionatda artıq 6-cı turun partiyaları keçirilib.
12 yaşlı qızlar arasındakı turnirdə Azərbaycan təmsilçisi Xanım Balacayeva 5,5 xalla ilk üçlükdə yer alır. 14 yaşa qədər olan qızların turnirində isə Nərmin Məmmədova 5 xalla yalnız rusiyalı Anna Vaseninadan geri qalaraq, 2-ci yerdədir.
18 yaşa qədər olan qızların turnirində isə Səbinə İbrahimova 5 xalla ilk beşliyə daxil olub.