Qəbələ Olimpiya İdman Kompleksində 2000-2001-ci, 2002-2003-cü və 2003-2004-cü illər təvəllüdlü cüdoçular arasında açıq rayon birinciliyi keçirilib.
Yarışda "Qəbələ” idman klubu ilə yanaşı, Sumqayıt şəhərindən, İsmayıllı rayonundan və digər idman klublarından ümumilikdə 248 idmançı medal uğrunda mübarizə aparıb.
Turnirdə Qəbələ şəhər bölməsinin 2 cüdoçusu - Novruz Allahverdiyev (30 kq) və Umud Aslanov (38 kq) qızıl medala sahib çıxıblar.
Yekun nəticələrə görə, komanda hesabında "Şahin” idman klubu birinci yerə layiq görülüb. "Ruslan” ikinci, "Qəbələ” idman klubu isə üçüncü pillədə qərarlaşıb.