Tələbələr zəkalarını sınayıblar

Tələbələr zəkalarını sınayıblar

Azərbaycan Universitetində humanitar fənlər fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilib.
32 tələbə şahmatçı Olimpiya sistemi ilə yarışıb. Turnirin qalibi adını Təbriz Dəmirbəyli qazanıb. İbrahim Mirzəxanov ikinci, Məhəmməd Nəzərli isə üçüncü yerə layiq görülüb. Qaliblər sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.