Çempion 6 min dollar qazanacaq

Çempion 6 min dollar qazanacaq

Birləşmiş Ərəb Əmirliklərində uşaq və yeniyetmələr arasında dünya çempionatı davam edir. Yaşı 8-ə qədər olan şahmatçıların yarışlarında səkkiz turdan sonra 6,5 xal toplayan Aydın Süleymanlı üçüncü yerdə qərarlaşıb. 12 yaşlı Abdulla Qədimbəyli isə eyni nəticə ilə üçüncü pillədədir.
Qızlar arasında xal toplayan Xanım Balacayeva (U-12) 7 liderlər qrupunda yer alıb. Səbinə İbrahimova (U-18) səkkizinci yerdədir. O, liderlərdən yarım xal geri qalır. 10 turdan ibarət olan bu beynəlxalq turnir İsveçrə sistemi üzrə keçirilir. Ümumi mükafat fondu 30 min dollar olan turnirdə birinci yerin sahibini 6 min dollar gözləyir.