İdman ustası Qroningendə öz bacarığını nümayiş etdirir

İdman ustası Qroningendə öz bacarığını nümayiş etdirir

Hollandiyanın Qroningen şəhərində 51-ci şahmat festivalı keçirilir. Festivalın proqramında bir neçə açıq turnir keçirilməsi nəzərdə tutulub.
"A” turnirində 104 şahmatçı iştirak edir. Onların arasında 16 qrossmeyster yer alıb. "A” açıq turnirində üç turdan sonra Hollandiya, Gürcüstan və Slovakiyadan olan beş şahmatçı irəlidədir: onların hərəsi 3 xal toplayıblar.
Azərbaycan şahmatçısı Nərgiz Umudovanın 1,5 xalı var.beynəlxalq dərəcəli usta N.Umudova 4-cü turda aktivində 1,5 xal olan yerli şahmatçı Miis Van Oşla görüşəcək.