Cüdoçumuz Paris-2024 ciddi zədə alaraq xəstəxanaya aparıldı

Cüdoçumuz Paris-2024 ciddi zədə alaraq xəstəxanaya aparıldı

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən cüdoçumuz Elcan Hacıyev (-90 kq) yarış zamanı ciddi zədə alıb. Cüdoçumuzun 1/8 final mərhələsi çərçivəsində fransalı Nqayap Hambuya qarşı keçirilən görüşdə çiyni çıxıb. 

İdmançımız dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gələn cüdoçumuz, növbəti görüşdə fransalı Nqayap Hambuya uduzaraq mübarizəni dayandırıb.