Paris-2024: 48 idmançımızdan 25-i olimpiadada medallar uğrunda mübarizəni başa vurdu
Olimpizm xəbərləri
04.08.2024, 20:10
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının daha bir yarış günü Azərbaycan idmançıları üçün arxada qaldı.
Komandamız bu gün üç idman növündə - atıcılıq, atletika və boks yarışlarında 3 idmançı ilə mübarizə apardı. Təmsilçilərimizdən mübarizəyə ilk olaraq atçımız Ruslan Lunyov başladı. 25 m məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında mübarizə aparan idmançımız təsnifat mərhələsinin birinci raundunda 300 mümkün xaldan 289, ikinci mərhələdə isə 291 xal toplayıb. Beləliklə, iki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.
Bu gün atletimiz Anna Skidan üçün də əlamətdar olub. Çəkicatma növündə çıxış edən 32 yaşlı təmsilçimiz təsnifat mərhələsinə A qrupundan başlayıb. Dünya reytinqinin 7-ci pilləsində qərarlaşan idmançımızın ilk cəhdi 69,58, ikinci cəhdi isə 69,04 metr olub. Anna Skidan üçüncü cəhdində isə 72,55 m nəticə göstərib. Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub. Beləliklə, atletimiz Paris-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyənləşəcək.
Günün növbəti sevindirici xəbəri isə boksçumuz Alfonso Dominqesdən gəldi. 92 kq çəkidə mübarizə aparan dəri əlcək ustamız yarımfinalda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə başa çatıb -4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27). Bununla da idmançımız Paris-2024-də ardıcıl üçüncü qələbəsini qazanaraq finala vəsiqə əldə edib. Həlledici görüş avqustun 9-da təşkil olunacaq.
Xatırladaq ki, boksçumuz 1/8 finalda Xulio Sesar la Krusa (Kuba), 1/4 finalda isə Aybek Oralbaya (Qazaxıstan) qalib gəlib.
Bununla da Tokio-2020-də bürünc medal qazanan Alfonso Dominqes Azərbaycan idman tarixinə iki Olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.
Beləliklə, 15 idman növü üzrə 48 idmançı ilə Parisə yollanan komandamızın 29 üzvü artıq yarışlarda iştirak edib. Onlardan da 25-i çıxışını medalsız başa vurub.
Təmsilçilərimizdən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Boksçumuz Alfonso Dominqes və Anna Skidan isə olimpiadada mübarizəsini davam etdirir.
Dəri əlcək ustamız finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Aktivində 2 qızıl medalı olan komandamız hazırda medal siyahısının 19-cu pilləsində qərarlaşıb.
Sabah komandamızın növbəti əsas medal ümidlərindən sayılan güləşçilərimiz mübarizəyə başlayacaqlar. Xalça üzərinə ilk olaraq yunan-Roma güləşçiləri çıxacaq. Güləş yarışlarının ilk günündə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130) qüvvəsini sınayacaq. Murad Məmmədov 1/8 finalda ekvadorlu Raiber Joze Rodriges Orosko ilə, Sabah Şəriəti isə estoniyalı Helki Nabi ilə qaşılaşacaq.
Olimpiadanın növbəti yarış günlərində güləşçilərimizlə yanaşı, bədi gimnastika və qrup hərəkətləri komandamız, habelə taekvondoçumuz da mübarizəyə start verəcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo
-
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
18.08.2026, 14:48 Voleybol
-
Niderlandlı futbolçu “Borussiya Dortmund”da
18.08.2026, 14:16 Futbol
-
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
18.08.2026, 13:43 Cüdo
-
Amar “Nyukasl”da
18.08.2026, 12:42 Futbol
-
“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq
18.08.2026, 12:00 Basketbol
-
Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub
18.08.2026, 11:37 Olimpiya dünyası
-
Harri Keynlə danışıqlar aparırlır
18.08.2026, 11:10 Futbol
-
“Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq
18.08.2026, 10:43 Futbol
-
Boksçumuz Avropa çempionatının yarımfinalında
18.08.2026, 10:21 Boks
-
İki cüdoçumuz İspaniyada qızıl medal qazandı
17.08.2026, 15:10 Cüdo
-
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
17.08.2026, 14:18 Boks
-
Rodri “Barselona”ya keçir
17.08.2026, 11:21 Futbol
-
Misli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
17.08.2026, 10:04 Futbol
-
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
16.08.2026, 20:21 Gündəm
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol