Komandamız təlim-məşq toplantısını «gündoğar ölkə»də keçir

Komandamız təlim-məşq toplantısını «gündoğar ölkə»də keçir

Azərbaycanın cüdo üzrə komandası yeni mövsüm ərəfəsində Yaponiyada təlim-məşq toplantısında iştirak edir. Yanvarın 7-dən məşqlərə başlayan komanda yaxın beş həftə ərzində tanınmış Tokio Universitetinin bazasında hazırlıq keçəcək.
İdmançılarımız təlim-məşq toplanışı ərəfəsində yaponiyalı cüdo ustaları ilə yoxlama görüşləri keçirəcəklər. Komandamızın heyətinə yığmamızın aparıcı üzvləri yer alıblar.