Cüdo üzrə açıq şəhər birinciliyi keçirilib

Cüdo üzrə açıq şəhər birinciliyi keçirilib

Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda 2000-2001-ci illər təvəllüdlü idmançılar qüvvələrini sınayıblar. Turnirdə 10 çəki dərəcəsi üzrə 348 idmançı yarışıb.
İlk üç yeri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.