Azərbaycanın cüdo üzrə komandası yeni mövsüm ərəfəsində Yaponiyada təşkil olunan təlim-məşq toplantısında iştirak edir. Yanvarın 7-dən məşqlərə başlayan komanda yaxın beş həftə ərzində tanınmış Tokio Universitetinin bazasında hazırlıq keçəcək.
İdmançılarımız təlim-məşq toplanışı ərəfəsində yaponiyalı cüdo ustaları ilə yoxlama görüşləri keçirəcəklər. Komandamızın heyətində yığmamızın aparıcı üzvləri yer alıblar.