Bakıda Formula 2 üzrə sərbəst yürüş başa çatdı

Bakıda Formula 2 üzrə sərbəst yürüş başa çatdı

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışlarının sərbəst yürüşü başa çatıb. 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort" komandasından braziliyalı Enzo Fittipaldi göstərib. "İnvista"nın hindistanlı pilotu Kuş Maini ikinci, "Prema"nın italiyalı sürücüsü Kimi Antenolli üçüncü olub.

Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək. Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, Formula 2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır.