Tanınmış mühəndis "Aston Martin"i seçdi

Tanınmış mühəndis "Aston Martin"i seçdi

 

Formula 1-in  tanınmış mühəndislərindən olan Adrian Nyueyin "Red Bull"dan ayrılmaq qərarından sonra yeni komanda axtarışı başa çatıb. Adrian artıq seçdiyi yeni komandanın adını açıqlayıb. O, karyerasını "Aston Martin"lə davam etdirəcək. Adrian Nyuey komandanın həmsahibi və idarəedici texniki tərəfdaşı kimi İngiltərə təmsilçisinin uğurları üçün çalışacaq.