"Bakı və Sinqapurdakı treklər bizim ən yaxşı treklərimiz sayılır"

"Bakı və Sinqapurdakı treklər bizim ən yaxşı treklərimiz sayılır"

"Red Bull"un meksikalı sürücüsü Serxio Peres idarə etdiyi bolidin hazırkı forması ilə bağlı açıqlama verib. 34 yaşlı pilot bildirib ki, Bakı və Sinqapurdakı treklər komanda üçün ən ciddi sınaqlar olacaq. “Hesab edirəm ki, Bakı və Sinqapurdakı treklər bizim ən yaxşı treklərimiz sayılır. Əgər balansı qoruya bilsək, daha tez mübarizəyə qayıda bilərik. Şübhəsiz ki, Bakıdakı yarışa olan inamım yüksəkdir. Axı mən  2021 və 2023-cü illərdə Azərbaycanda qalib gəlmişəm. Lakin indi keçmiş nailiyyətləri xatırlamaq vaxtı deyil. Ümid edirəm ki, trasda düzgün tarazlığı tapa biləcəyəm. Bu, uğur üçün əsas amildir", - deyə racingnews365 Peresdən sitat gətirib.

Xatırladaq ki, Azərbaycan Qran-prisindən sonra yarışçılar növbəti həftə Sinqapurda trek mübarizəsinə başlayacaqlar.