Şərqlə qərbin kəsişməsində sürət formulası - TƏHLİL
Olimpizm xəbərləri
13.09.2024, 21:10
Pilotların Avropa sınağı Azərbaycanla yekunlaşır
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə idman sahəsində də böyük uğurlar əldə olundu. İdmançılarımız qazandıqları böyük uğurları ilə üçrəngli bayrağımızı dünyanın ən mötəbər yarış arenalarında dalğalandırırlar. Bu uğurlar bu günə kimi də ənənə halını alıb. Azərbaycan idmanının qüdrəti təkcə idmançılarımızın əldə etdiyi nailiyyətlərlə tamamlanmır. Ölkəmiz eyni zamanda mühüm idman yarışlarının keçirildiyi etibarlı bir məkana çevrilib. Belə ki, tarixdə ilk dəfə Avropa Oyunları öz başlanğıcını Xəzər sahilindən, “Küləklər şəhəri”ndən götürüb. 2015-ci ildə Azərbaycan bütün dünyaya sübut etdi ki, biz istənilən mühüm yarış və tədbirlərin keçirilməsində etibarlı tərəfdaşıq. Bu mötəbər Oyunlardan sonra2017-ci ildə IV İslam Oyunları da ölkəmizdə uğurla təşkil olundu. İslam dünyasını bir araya toplayan Azərbaycan bu yarışları yüksək səviyyədə keçirməklə nüfuzunu birə-beş artırmış oldu. 2019-cu ildə paytaxtımız XVI Avropa Gənclər Olimpiya Festivalına ev sahibiliyi etdi. Artıq müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının keçirildiyi ölkələr arasında Azərbaycanın da adı var. İdman azarkeşləri yəqin ki 2012-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını hələ də unutmayıblar. Ona görə ki, həmin vaxt planetin ən güclü qadın yığma komandalarının qalibi məhz Bakıda müəyyənləşmişdi. Ölkəmizin yüksək səviyyədə ev sahibiliyi etdiyi yarış və Qran-prilərin sayı yetərincədir. Məhz buna görədir ki, hər dəfə hər hansı mötəbər yarışa ev sahibiliyi məsələsi müzakirə olunanda Azərbaycan namizədlər sırasına liderlik edir. Budəfəki yazımızda həmin nüfuzlu yarışlardan biri olan Formula 1 Qran-Prisinin ölkəmizdə keçirildiyi tarixə nəzər salacağıq.
Meksikalı pilot üçün yadda qalan trek
1950-ci ildən etibarən təşkil olunan Formula 1 yarışlarının keçirildiyi ölkələr arasında Azərbaycan təqvimə ilk dəfə 2017-ci ildə daxil edilib. O zaman Bakıda keçirilən yarış Avropa Qran-Prisi adlanırdı. Həmin vaxtdan bu günə kimi ölkəmiz dünyanın ən bahalı idman tədbirinə ev sahibiliyi edir. İndiyə qədər ölkəmizdə keçirilən yarışlarda iki dəfə qalib gələn pilot hələ ki, meksikalı Serxio Peresdir. “Red Bull Rasinq”in sürücüsu 2021 və 2023-cü illərdə Bakı sınağını birinci tamamlayıb. Daniel Rikkardo (“Red Bull Rasinq”), Luis Hemilton (“Mersedes”), Valtteri Botaş (“Mersedes”), Mark Ferstappen (“Red Bull Rasinq”) və sprint yarışlarında Şarl Lekler (“Ferrari”) hərəyə bir dəfə fərqlənmişdilər. Qeyd edək ki, 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən Bakıdakı yarışlar ləğv olunmuşdu. Göründüyü kimi 8 il ərzində Bakıda 7 yarışda fərqli pilotlar qələbə podiumuna çıxmışdılar.Həmin pilotlar və onları izləyən rəqibləri 6003 metr, 51 dövrədən ibarət olan Bakı trekini çox yaxşı tanıyırlar.
Bakıya qədər şəhər mərhələləri çox darıxdırıcı və sadə görünürdü
Formula 1 yarışlarını izləyən həmkarlarımızın da Bakı treki haqqında qeydləri hər zaman maraqlı olub. Formula 1 yarışlarının təqvimində Bakı trekinin yer almadığı müddətdə şəhər mərhələləri çox darıxdırıcı və sadə görünürdü. Bakıya qədər pilotlar şəhər mərhələlərində mübarizə aparmaq üçün Monako, Sinqapur, Valensiya sınaqlarından keçirdilər. Bu isə pilotların birincilik uğrunda mübarizəsində heç bir gərginliklə yadda qalmırdı. Bir qədər yürüşçülər üçün Valensiyadakı yelləncəkli körpü və Melbrundakı dörd DRS zonası (2011-ci ildən etibarən Formula 1 avtomobillərində yer alan, ötməni asanlaşdırmaq üçün nəzərdə tutulmuş sürtünmə sürətini azaltma sistemidir. Hər Qran Pri trekinin aşkarlama nöqtəsi və aktivləşdirmə nöqtəsi var. Sistemdən istifadə etmək üçün avtomobillər bir-birindən bir saniyədən az məsafədə olmalıdır - A.Ə) qismən maraq kəsb edirdi.
Elə bir pilot yoxdur ki, yeddi il ərzində həmin döngədə səhvlərə yol verməsin
Bakı treki yarış təqviminə hər mənada rəng qatıb. İçərişəhərin mənzərəsi fonunda sürətli şəhər treki Formula 1-də yeni bir səhifə açıb. Bakı trekindən söhbət gedirsə, mütləq İçərişəhərdə yerləşən Qala döngəsi xüsusilə qeyd olunmalıdır. Elə bir pilot yoxdur ki, yeddi il ərzində həmin döngədə səhvlərə yol verməsin. Şübhəsiz ki, bu dəfə də səhvlər olacaq. Bunu pilotların verdiyi müsahibələrdən, yarışları işıqlandırmaq üçün ölkəmizə gələn təcrübəli həmkarların təhlillərindən də görmək olur. Pilotlar qeyd edirlər ki, Bakıdan sonra onların səhv etdikləri treklər Monako və Monzada (İtaliya) yerləşir.
Qeyd olunur ki, Monako trekində pilotlar daha çox qəza riski həddinə qədər “hücuma keçirlər”. Monzadakı yarış da gərginliyi ilə diqqət çəkir. Amma sürətə hökm edən pilotlar Bakı haqqında qeyd edirlər ki, burada hər bir döngə və hər bir məsafə daha böyük maraq kəsb edir.
Məlumat üçün bildirək ki, Bakıda keçirilən Qran-Pri ilk dəfə olaraq Avropa Qran-Prisi kimi yarış təqvimində yer almışdı. Ölkəmizin 8-ci dəfə mərhələ yarışına ev sahibliyi ilə bu həftə təqvimin Avropa mərhələsi yekunlaşacaq. Bununla da pilotlar “köhnə qitə”ni tərk edərək mübarizəyə Asiyadan, Sinqapurdan davam edəcəklər. Mövsümün sonuna qədər pilotlar 12 həftə ərzində üç mərhələdən ibarət 7 Qran-Pridə sükan arxasına əyləşəcəklər. Pilotlar Sinqapurda (“Marina-Bey”, 4940 metr) 62, ABŞ-da (Ostin, 5513 m) 56, Meksikada (Mexiko, 4304 m) 71, Braziliyada (San-Paulu, 4309) 71, ABŞ-da (Las-Veqas, 6201) 50, Qətərdə (Lusail, 5419) 57 və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə (Yəs-Marina, 5281) 58 dövrəni başa vuracaqlar.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə yelkənçiləri Bakıda
Bugün, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
Bugün, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
Bugün, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
Bugün, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
Bugün, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol