Cüdoçularımız Türkiyədə 3 medala sahib çıxıblar

Cüdoçularımız Türkiyədə 3 medala sahib çıxıblar

Türkiyənin Samsun şəhərində yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnir keçirilib.
Yarışda Türkiyə, Gürcüstan və Azərbaycandan 300-dək cüdoçu birincilik uğrunda mübarizə apaıb. Turnirdə ölkəmizi təmsil edən "Ümid” klubunun cüdoçuları üç medal qazanıblar. Məşqçilər Arzu Axundova və Etiram Şahverdiyevin rəhbərliyi altında Tərlan Axundov (73 kq) qızıl medala layiq görülüb. Bəxtiyar Səlimov və Nazim Şıxəliyev (hər ikisi 46 kq) isə bürünc medala sahib çıxıblar.