Atletimiz yarımmarafonda ikinci yeri tutdu 

Atletimiz yarımmarafonda ikinci yeri tutdu 

Azərbaycan atleti Anna Yusupova Gürcüstanda təşkil olunan "Tbilisi Marafon 2024" beynəlxalq yarışında uğurlu nəticə göstərib.

Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, milli komandamızın üzvü yarımmarafonda 1:24:37 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, yarış sentyabrın 22-də keçirilib.