Şirkət ən bahalı məhsulunu oyuncaq şəkilində təqdim edib

Şirkət ən bahalı məhsulunu oyuncaq şəkilində təqdim edib

Yol avtomobillərinin və yarış avtomobillərinin miqyaslı modellərinin yaradılması üzrə ixtisaslaşan "Amalgam Collection" şirkəti yeni məhsulunu - 13,5 min funt sterlinq dəyərində"Ferrari 12Cilindri"1:8 miqyaslı modelini oyuncaq şəkilində təqdim edib.

"Modelin tirajı 199 nüsxə ilə məhdudlaşıb. Hər bir model əl ilə yığılıb və müştərilərin fərdi istəkləri nəzərə alınmaqla hazırlana bilər. Modelin hazırlanması üçün 3 min saatdan çox iş görülüb və onların hər birinin yığılması üçün 300 saatdan çox vaxt tələb olunub", - deyə şirkətdən məlumat verilib. Qeyd olunur ki, "Ferrari 12Cilindri" bu ilin mayında təqdim edilib. Məhsul 6,5 litrlik atmosfer havası ilə işləyən V12 mühərriki ilə təchiz olunub. Elektrik mühhəriki 830 at gücünə bərabərdir. "Ferrari 12Cilindri" 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 200 km/saat həddinə 7,9 saniyəyə çata bilir.

 

Şirkət ən bahalı məhsulunu oyuncaq şəkilində təqdim edib Şirkət ən bahalı məhsulunu oyuncaq şəkilində təqdim edib Şirkət ən bahalı məhsulunu oyuncaq şəkilində təqdim edib