“Son addım atmaq üçün tələsmirəm”

“Son addım atmaq üçün tələsmirəm”

“Red Bull” komandasının pilotu Maks Ferstappen gələcək planları barədə açıqlama verib. Niderlandlı sürücü bildirib ki, verdiyi qərardan heç də məyus olmayacaq.

“Əgər növbəti addım barəsində fikirləşməli olsam, bilin ki, bu son qərarım olacaq. Ola bilər ki, “Red Bull”a yeni müqavilə üçün qələmi əlimə götürüm. Heç də məyus olmaram. Əksinə. Lakin son addım atmaq üçün tələsmirəm. Gələcək hələ gələcəkdədir, - deyə “Racingnews365” “Sky İtalia”ya istinadən Ferstappenin sözlərindən sitat gətirib.