Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib


Avropa Çempionu, mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Xatirə turniri ASAN Könüllüləri Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub. Təşkilatın sədri Fərid Sadıxlı açılış nitqi söylədikdən sonra, Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib və turnirə start verilib.
Qeyd edək ki, "ASAN xidmət”də çalışan könüllülərin iştirakı ilə keçirilən turnir 9 turdan ibarət olacaq və 3 gün davam edəcək.