Evində yeni dəbilqə ilə çıxış edəcək

Evində yeni dəbilqə ilə çıxış edəcək

“Red Bull”un pilotu Serxio Peres Meksika Qran Prisində xüsusi hazırlanmış dəbilqə iləçıxış edəcək. Dəbiləqini üzərində vrestler maskası və“Heç vaxt təslim olma” devizi yazılıb.

O, qeyd edib ki, bu dəbilqəona doğma azarkeşləri önündə uğur qazandıracaq.

Məlumat üçün bildirək ki, bu mövsüm 19 mərhələdən sonra “Red Bull” pilotu Maks Ferstappen fərdi çempionatda liderlik edir. O, Lando Norrisi 57 xal geridə qoyub. “McLaren” komanda hesabında Avstriyanın “Red Bull” yarış komandasını 40 xal qabaqlayaraq Konstruktorlar çempionatında liderliyini davam etdirir. Serxio Peres hazırda şəxsi hesabda 150 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Meksika Qran-Prisi oktyabrın 25-dən 27-dək “Rodriges Qardaşları Circuit”də keçiriləcək.

Evində yeni dəbilqə ilə çıxış edəcək