Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2012-ci ilin dekabr ayında Hindistan Milli Olimpiya Komitəsini (MOK) diskvalifikasiya edib. O vaxt Hindistan dövləti bu təşkilatın rəhbərinin seçkilərinə müdaxilə etmiş və bununla əlaqədar BOK həmin seçkiləri etibarsız saymışdı. Beləliklə, BOK-un qərarına əsasən Hindistan idmançıları Soçi-2014 Qış Olimpiya Oyunlarında Olimpiya bayrağı altında çıxış edəcəklər. Bu məsələ ilə bağlı BOK-un bəyanatında deyilir: "Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının dekabr ayında qəbul etdiyi qərara uyğun olaraq, Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak edəcək Hindistan idmançılarının bu yarışlarda olimpiadanın müstəqil iştirakçıları kimi Olimpiya bayrağı altında çıxış etmələri üçün bütün zəruri tədbirlər görüləcəkdir”.
Beynəlxalq idman qurumu Hindistan MOK-dan olan məmurların 2010-cu ildə keçirilən Birlik Oyunları ilə bağlı korrupsiyada də əli olmasından şübhələnir. Hindistan MOK Soçi-2014 Olimpiadası başlanana qədər yeni seçkilər keçirilməsini təklif edə bilmədiyinə görə BOK Hindistan idmançılarının Soçidə müstəqil idmançılar kimi iştirak etməsini qərara alıb.