Şağan Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. 2002-2003- cü illər təvəllüdlü idmançıların yarışında 508 idmançı 10 çəki dərəcəsində birincilik uğrunda qüvvəsini sınayıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda ən güclü qadın idmançılarının adları müəyyənləşib. Gərgin mübarizə şəraititndə keçən yarışda Gülşən Bəşirova (25 kq), Lətifə Abbasova (28 kq), Ceyran Orucova (36 kq), Şəfiqə Hüseynova (44 kq), Aynur Cəfərova (52 kq), Səbinə Qədirova (32 kq), Zeynəb Məmmədova (40 kq), Əfsanə Kərimova (48 kq), Sənubər Nəbiyeva (52 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.