Amerikanın nüfuzlu "The New York Times” qəzeti azərbaycanlı qrossmeyster Vüqar Həşimovun vəfatından yazıb. Qəzet onun vəfatı barədə Ümumdünya Şahmat Federasiyasının saytında xəbər verildiyini qeyd edib. Nəşr şahmatçımızı dünyanın ən yaxşı oyunçularından biri kimi təqdim edib, daha sonra onun uğurları və 27 yaşında Almaniyada xərçəng xəstəliyindən vəfat etməsinə yer ayırıb.
"The New York Times” həmçinin digər azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov haqqinda da xatırlanıb.