Formula 1 rəsmi olaraq Belçikada yerləşən "Spa-Francorchamps" yarış trekinin rəhbərliyi ilə müqavilənin müddətini artırıb. Bu mərhələ 2026, 2027, 2029 və 2031-ci illərin təqviminə daxil ediləcək. 2028 və 2030-cu illərdə Belçika Qran-Prisi öz yerini hələ adı açıqlanmayan başqa bir mərhələyə verəcək. Bildirilir ki, müqavilənin müddəti son dəyişikliklər, o cümlədən tamaşaçı tutumunun 10 min yerə qədər artırılması səbəbindən artırılıb.
Xatırladaq ki, Belçika Qran-Prisi 1950-ci ildən keçirilir.