İdmanın şahmat növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil deyildir

İdmanın şahmat növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil deyildir


Bir sıra kütləvi informasiya vasitələrində idmanın şahmat növünün 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilməsi barədə məlumat yayılmışdır.
Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsi məlumatı təkzib etmiş, xəbərin yanlış olduğunu bildirmişdir.
Birinci Avropa Oyunları 2015-ci ilin yayında Bakı şəhərində təşkil olunacaqdır. Avropa Oyunlarının proqramına su idmanı, kamandan oxatma, yüngül atletika, badminton, basketbol 3x3, çimərlik futbolu, boks, kanoe sprinti, velosiped idmanı, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, voleybol, güləş daxil edilmişdir. Artıq bu idman növlərindən bir çoxunun keçiriləcəyi məkanlarının tikintisi başa çatmışdır.