I dəstədə mübarizə başa çatdı 

I dəstədə mübarizə başa çatdı 

Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında I dəstədə mübarizəyə yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seçmə xarakter daşıyan turnirdə kişilər arasında ilk 5, qadınlar arasında isə ilk 2 yeri tutan şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanıblar.

7 xal toplayan Murad İbrahimli yarışın qalibi olmaqla yanaşı, həm də Azərbaycan çempionatında iştirak hüququ əldə edib. Hərəyə 6 xal toplayan və müvafiq olaraq 2-5-ci yerləri bölüşən Kənan Qarayev, Süleyman Süleymanlı, Ümid Aslanov və Paşam Əlizadə kişilər arasında Azərbaycan çempionatında mübarizə aparacaqlar.

Qadın şahmatçılardan hərəyə 7,5 xal toplayan Lalə Hüseynova və Məryəm Ağaverdiyeva yarışı 1-2-ci yerlərdə başa vurmaqla ölkə çempionatına vəsiqə əldə ediblər.

Qeyd edək ki, yarışın mükafat fondu 10 min manat təşkil edib. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafata sahib çıxıblar. Kişi və qadınlar arasında Azərbaycan çempionatı yanvarın 31-də start götürəcək.