Üç boksçumuz beynəlxalq turnirin yarımfinalına yüksəlib 

Üç boksçumuz beynəlxalq turnirin yarımfinalına yüksəlib 

Rumıniyada Breila şəhərində keçirilən boks üzrə gənclər arasında “Drakula Open” turniri davam edir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandamızın 3 boksçusu yarımfinal mərhələsinə yüksəlib. Yığmanın heyətində Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib və təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.