Bu gün Yüksək Liqada iki oyun təşkil olunacaq

Bu gün Yüksək Liqada iki oyun təşkil olunacaq

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII tur çərçivəsində iki oyun təşkil olunacaq. 

Saat 14:00-da MOİK "Xilasedici ilə üz-üzə gələcək. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Bu qarşılaşmadan sonra həmin arenada "Murov Az Terminal” - “Neftçi” komandaları münasibətlərinə aydınlıq gətirəcək. Oyuna saat 18:00-da start veriləcək.