Qrossmeysterimizdən uğurlu start 

Qrossmeysterimizdən uğurlu start 

Rusiyanın paytaxtı Moskvada şahmat üzrə “Aeroflot Open” beynəlxalq şahmat turniri keçirilir. Yarışda ölkəmizi təmsil edən Aydın Süleymanlı turnirə qələbə ilə başlayıb. Qrossmeysterimiz ilk turda rusiyalı Yevgeni Vorobyovu məğlub edib. Beynəlxalq usta Rəvan Əliyev isə digər yerli şahmatçı İvan Zemlyanskiyə məğlub olub.

Qeyd edək ki, turnirdə 144 şahmatçı mübarizə aparır.