
Yanvarın birinci yarısında Sumqayıt Paralimpiya İdman Kompleksində 2000-2002-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında şəhər birinciliyinin keçirilib. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirin açılışında Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov çıxış edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində iki gün davam edən yarışda cüdoçulardan Nəzrin Quliyeva (28kq), Sevda Vəliyeva (32kq), Kifayət Əsədova (36kq), Şəhanə Hacıyeva (40kq), Əsmər Məmmədova (48kq), Suzanna Əzizzadə (52kq) və Kamilla Həbibullayeva (+52kq) qızlar arasında, Şirin Şirəliyev (30kq), Mirağa Hacıyev (34kq), Orxan Cavadlı (38kq), Ağami Əlizadə (42kq), Vüsal İbrahimov (46kq), Nicat İsmayılov (50kq), Tofiq Rzayev (55kq), Sabir İsmayılov (60kq), Toğrul Salmanov (66kq) və Niyal Əzizov (+66kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışda qalib gələnlər və mükafatçılar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılıblar.