Azərbaycanın 30 cüdoçusu Yaponiyada təlim-məşq toplanışında iştirak edir.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Hazırlıq prosesinə böyüklərvə gənclərdən ibarət yığmanın üzvləri cəlb ediliblər. Toplanış martın 21-nə qədər davam edəcək.
Əsas millitoplanışa Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib. Daha sonra idmançılar hazırlığı Kodokan Təlim Mərkəzində davam etdirəcək. Toplanışın növbəti hissəsində Yaponiya millisininüzvləri dəiştirak edəcəklər.
Təlim-məşq toplanışıapreldə Monteneqroda baş tutacaq Avropa çempionatına və mayda keçiriləcək beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir.
Hazırlıq prosesində böyüklərdən ibarət yığmaya baş məşqçisi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə isə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Kotaro Sasaki rəhbərlik edirlər.