Martın 6-da kişilər arasında ACF Turunun birinci yarışı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 40 klub və idman cəmiyyətindən olan 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Yarışın keçirilməsində əsas məqsəd kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılmasından ibarətdir.
Qeyd edək ki, cari ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.