Martın 8-9-da Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışşda ölkəmiz 16 çəki dərəcəsində 25 oğlan və 28 qız cüdoçu ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.