Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda təşkil edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, şahmatçımız XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.