"Сadillac" gələn il dünya çempionatında yeni iştirakçı kimi təsdiqləndi 

 "Сadillac" gələn il dünya çempionatında yeni iştirakçı kimi təsdiqləndi 

"Formula 1" 2026-cı il mövsümündən etibarən dünya çempionatında rəsmi olaraq 11-ci komanda kimi "Сadillac"ı təsdiq edib.

Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

"FIA (Beynəlxalq Avtomobil Federasiyası -red.) və "Formula 1" təsdiq edə bilər ki, bütün müvafiq idman, texniki və kommersiya qiymətləndirmələri başa çatdıqdan sonra "General Motors" və "TWG Motorsports"-un "Cadillac" komandasının 2026-cı ildən "Formula 1" çempionatında iştirak etmək üçün müraciəti təsdiqlənib", - məlumatda deyilir.

Qeyd edək ki, 2026-cı ildə "Andretti" komandası ilə birləşən ABŞ-nin "Cadillac" komandası "Formula 1" pelotonunda 11-ci komanda olacaq.

2025/2026 mövsümündə Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixində keçiriləcək.