"Sabah Chess Cup” rapid turniri yekunlaşdı 

"Sabah Chess Cup” rapid turniri yekunlaşdı 

“Sabah” Şahmat Akademiyasının 1 yaşının tamam olması münasibətilə keçirilən "Sabah Chess Cup” rapid turnirinin qalibi müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən verilən məlumata görə, maraqlı mübarizə şəraitində keçən turnirin qalibi Nicat Abasov olub.

Yarışda son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, millinin üzvləri Gövhər Beydullayeva vəAvropa çempionu Qədir Hüseynov kimi digər tanınmış şahmatçılar da mübarizə aparıblar.

Turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və“Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak edib.

Müxtəlif kateqoriyalarda fərqlənən şahmatçılara diplom və pul mükafatları verilib.