Zəka yarışın region gənclərini bir araya gətirdi

Zəka yarışın region gənclərini bir araya gətirdi

Azərbaycan şahmatının tanınmış simalarından olan beynəlxalq qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş birinci şahmat çempionatına yekun vurulub.
Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Mingəçevir şəhərində təşkil olunan region gəncləri arasında təşkil olunan çempionatda otuza yaxın şəhər və rayon təmsilçisi iştirak edib.
Təşkilat komitəsi Mingəçevir Gənclər Evində iki gün davam edən turnirin gedişi haqqında məlumat vermiş və iştirakçıları sonuncu final oyununu izləməyə dəvət edib.
Çempionatda Samir Hümbətov birinci, Zeynəb İsmayılzadə ikinci, Zamin İsmayılov isə üçüncü yeri tutub.
Sonda qalib olmuş gənclər Mərkəz tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.