Rafael Fiziyev Castin Qetjiyə məğlub oldu

Rafael Fiziyev Castin Qetjiyə məğlub oldu

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Las-Veqasda təşkil olunan Mütləq Döyüş Çempionatında (UFC) növbəti döyüşünü keçirib. O, UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib. 32 yaşlı idmançımız üç raundun yekununa əsasən rəqibinə məğlub olub (29-28, 29-28, 29-28).

Qeyd edək ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev C.Qetjiyə məğlub olmuşdu.

 

 

Rafael Fiziyev Castin Qetjiyə məğlub oldu Rafael Fiziyev Castin Qetjiyə məğlub oldu