Ağdaşda cüdo və güləş turnirləri təşkil edilib

Ağdaşda cüdo və güləş turnirləri təşkil edilib

Ağdaş Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş və cüdo üzrə açıq rayon birincilikləri keçirilib.
Ağdaş Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən sərbəst güləş turnirində 8 rayonun - Ağdaş, Göyçay, Ucar, Qəbələ, Oğuz, İsmayıllı, Gəncə və Samux rayonlarından 150 idmançı mükafat uğrunda mübarizə aparıb. Müxtəlif çəki dərəcələrində çıxış edən idmançılar 11 qızıl, 11 gümüş və 22 bürüncə yiyələniblər.
Cüdo üzrə keçirilən yarışda isə Ağdaş və Göyçaydan olan 70-ə yaxın idmançı qüvvəsini sınayıb. Onlar 7 çəki dərəcəsində mübarizə aparıblar.