Şəhriyar Məmmədyarov iddiaçıların turnirində iştirak edəcək

Şəhriyar Məmmədyarov iddiaçıların turnirində iştirak edəcək

Mart ayında Xantı-Mansiyskdə şahmat tacına iddiaçıların turniri keçiriləcək. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov həmin turnirdə iştirak edəcəyini təsdiqləyib.
Çempion adı uğrunda yarışlarda Vişvanatan Anandın iştirakı ilə bağlı vəziyyətə aydınlıq gəlib. Dünya şahmat tacını Maqnus Karlsenə uduzmuş hindistanlı şahmatçı əvvəllər Xantı-Mansiyskə gedib-getməyəcəyi barədə birmənalı fikir söyləməmişdi. Lakin sonda sabiq dünya çempionu, habelə Vladimir Kramnik, Veselin Topalov, Dimitri Andreykin, Sergey Karyakin və daha iki şahmatçı öz sifarişlərini təsdiqləyiblər.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov öz idman karyerasında iddiaçıların turnirində ikinci dəfə iştirak edəcək.