Xocalı soyqırımının qurbanları yad edildi

Xocalı soyqırımının qurbanları yad edildi

Fevralın 22-dən 26-dək 2 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbində Xocalı soyqırımı faciəsinin 21-ci ildönümü və faciə qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə keçirilən dama üzrə açıq birinciliyə yekun vurulub. Ümumilikdə, 27 (16 oğlan və 11 qız) dama ustasının iştrak etdiyi yarış dairəvi sistem üzrə keçirilib.
Oğlanların yarışında Aydın İsmayılov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

















İsmayıl İsmayılov ikinci, Hüseyn Həsənli isə üçüncü yerlə kifayətlənib.
Damaçı qizlar arasında keçirilən yarışlarda isə fərqlənən Səidə Qasımova qızıl medala layiq görülüb. Fatimə Əfəndi ikinci, Leyla Suleymanova isə üçüncü yerə sahib olublar. Turnirdə ən fəal damaçı adını İbrahim Tağızadə qazanıb. Qaliblər 2 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbi tərəfindən medallar və diplomlarla təltif olunublar .