“Synergy Baku” “Circuit Des Ardennes”də

“Synergy Baku” “Circuit Des Ardennes”də

Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku”nun 2014-cü ildə iştirak edəcəyi daha bir beynəlxalq turnir məlum olub. Belə ki, velosipedçilərimiz aprelin 11-13-də Fransada təşkl olunacaq "Circuit Des Ardennes” veloyürüşündə mübarizə aparacaqlar. Sayca 40-cı dəfə keçiriləcək, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yubiley xarakteri daşıyan yarışında 22 komanda mübarizə aparacaq. Turnirin rəsmi saytında verilən məlumata görə, bu komandalardan 15-i Continental, 7-si isə gənclərdən ibarət (U-23) müxtəlif klub və milli komandalardır.

Yeri gəlmişkən qeyd edək ki, "Synergy Baku”nun 2014-cü ildə əməkdaşlıq edəcəyi brendin adı məlum olub. Əldə olunmuş razılığa əsasən, komandamız 2014-cü ildə ABŞ-ın "Fuji” şirkətinin "SST 1.1” tipli velosipedlərindən istifadə edəcək.
"Fuji SST” "Giro d”Italia”, "Vuelta” kimi çoxgünlük veloyürüşlərdə sınaqdan çıxmış bir modeldir.
Qeyd edək ki, "Fuji SST” brendi komandamızın bəzi üzvlərinə artıq tanışdır. Məsələn, ötən il Matt Bremier bu şirkətin velosipedi ilə çempion sistemində çıxış edib, Markus Eybegger isə "Footon-Servetto”da mübarizə aparıb. Artıq komanda üzvlərinin ixtiyarına verilən yeni velosipedi isə Patrik Leyn bazar günü Avstraliya milli çempionatında sınaqdan keçirib.
"Bu qeyri-adi bir velosipeddir. Ümid edirəm ki, "Fuji SST”nin sayəsində bu il bizim qələbələrimiz çox olacaq”, - deyə Patrik Leyn bildirib.
Məlumat üçün bildirək ki, «Fuji” şirkəti "Synergy Baku” komanbasını idman geyimləri, velosipedlər üçün ehtiyat hissələri ilə də təchiz edəcək.