Turun açılış oyununda qalib müəyyənləşmədi  

Turun açılış oyununda qalib müəyyənləşmədi  

Futbol üzrə Misli Premyer Liqasının XXVII tura start verilib. Turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə qarşılaşıb. "Liv Bona Dea Arena"da keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Bernardo Diaş açıb. 68-ci dəqiqədə isə Cəlal Hüseynov qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Naxçıvan təmsilçisi 47 xalla üçüncü, qonaqlar 28 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.