“Maklaren”in pilotu Melbrunda birinci oldu

“Maklaren”in pilotu Melbrunda birinci oldu

Formula 1 üzrə Avstraliya Qran-prisinə yekun vurulub. Melbrunda keçirilən mərhələnin qalibi “Maklaren”in pilotu Lando Norris olub.

İngiltərəli pilot 1 dəqiqə 27,126 saniyə göstərici iləbirinci yeri tutub. "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci, "Mersedes"in üzvü Corc Rassell isə üçüncü olub.

6 pilot - Qabriel Bortoleto ("Zauber"). Liam Louson ("Red Bull"), Fernando Alonso ("Aston Martin"), İsak Hacar ("Racing Bulls"), Cek Duen ("Alpine") və Karlos Sayns ("Uilyams") isə yağışlı hava şəraitinə görə finişə çata bilməyiblər.

Qeyd edək ki, L.Norris Qran-prinin sıralama turunu da birinci pillədə başa vurmuşdu.