Bakı çempionatına yekun vuruldu

Bakı çempionatına yekun vuruldu

Fevralın 20-də 2 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbində şahmat üzrə Bakı şəhər komanda çempionatının nəticələri bəlli olub. 6 gün davam edən yarışda 8 komandanın - 2 saylı UGŞİM I, Nəsimi İOEUGŞİM I, Sərhədçi İOM, Tofiq İsmayılov adına UGYS, 2 saylı UGŞİM II, Nəsimi İOEUGŞİM II, 3 saylı Binəqədi UGŞİM və RİOEUGŞİM-in zəka sahibləri bacarıqlarını sınayıblar. Dairəvi sistem üzrə keçirilən turnirdə 2 saylı UGŞİM-in təmsilçilləri bütün rəqiblərini üstələyərək komanda hesabında birinci yerə layiq görülüblər. Turnirdə digər iki yeri isə Nəsimi İOEUGŞİM-nin birinci və ikinci komandaları tutublar.
Qalib komandalar 2 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbi və Gənclər və idman baş idarəsi tərəfindən kubok, medallar və diplomlarla təltif olunublar.